ABŞ ordusunu Suriyadan çıxarır


20:07     19 Dekabr 2018 efqanistan-abs-ordusu.jpg

ABŞ Suriyadakı bütün hərbi qüvvələrini çıxarmağı planlaşdırır.

Femida.az Report-a istinadən xəbər verir ki, məlumatı "Reuters" agentliyi yayıb.

Rəsmi Vaşinqton müttəfiqlərinə Suriyanın şimal-şərqindəki hərbi qüvvələrini çıxracağı barədə xəbərdarlıq edib.

Agentlik bildirib ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığı olub. Bundan sonra ABŞ-ın Suriyadakı hərbi qüvvələrini çıxaracağı barədə informasiya yayılıb.

Qeyd edək ki, Türkiyə ABŞ-dan terrorçu PKK/YPG-PYD qruplaşmasına dəstək verməyi dayandırmağı və Fərat çayının şərqindən onların çıxarılmasını tələb edir.

Femida.az

Açar sözlər:

Oxunub: 419