Fikrət Məmmədov qəbul keçirəcək
20:15 19 Dekabr 2018
Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən dekabrın 21-də Kürdəmir rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Kürdəmir rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Kürdəmir şəhəri, Bakı prospekti, 18) keçiriləcək qəbulda Kürdəmir, Ucar və Ağsu rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 661-81-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Kürdəmir rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Femida.az
Oxunub: 741
Oxşar xəbərlər
- Fikrət Məmmədov beynəlxalq antikorrupsiya təşkilatının vitse-prezidenti seçilib
- Fikrət Məmmədov türkiyəli həmkarı ilə görüşüb
- Fikrət Məmmədov Türkiyə Baş prokurorunu qəbul etdi
- Fikrət Məmmədov yaponiyalı həmkarı ilə görüşdü
- Fikrət Məmmədovla Türkiyənin ədliyyə naziri arasında telefon danışığı olub
- Fikrət Məmmədov Ermənistanın müharibə cinayətlərini ifşa etdi
- Fikrət Əmirovun bəstəsi xaricdə oğurlandı
- Fikrət Məmmədov Naftalanda vətəndaşları qəbul edəcək
- Fikrət Məmmədov vətəndaşlarla görüşüb
- Fikrət Məmmədov ABŞ səfiri ilə görüşüb