Gömrükçülər 154 telefon ekranı müsadirə etdi


12:46     20 Dekabr 2018 2018/12/telefon_171216_1545296211.jpg

Rusiya istiqamətindən Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz 313 CDI" markalı nəqliyyat vasitəsinə baxış keçirilib.



DGK-dan Femida.az-a verilən məlumata görə, keçirilmiş gömrük baxışı zamanı, nəqliyyat vasitəsinin ön sağ və sol qapı qolunda, ön paneldə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən, eləcə də ön panelin örtüyünün arxasındakı boşluqdan və əl əyləcinin altından 16 qutuda 154 ədəd "Samsung" markalı mobil telefonlara məxsus ekran aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 372