Mübariz Qurbanlı qəbul keçirəcək


13:00     20 Dekabr 2018 mubariz_gurbanli_%20(1).jpg

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Femida.az xəbər verir ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 25-də Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur. DQİDK-nın bölgə şöbə müdiri: Yalçın Abdullayev

Əlaqə vasitələri:
Mob: (070) 275-88-33
Telefon: (018) 6-54-00-40
Elektron poçt ünvanları:
e-mail:[email protected]
[email protected]
[email protected]

Femida.az

Açar sözlər:

Oxunub: 357