Dünən piyadanı vurub qaçan şəxs tutuldu


13:15     20 Dekabr 2018 piyada5.jpg

Dekabrın 19-da saat 18 radələrində Bərdə rayonunun Əmirli kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Qəzənfər Qələndərov vurulub və nəticədə piyada xəstəxanaya yerləşdirilib.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-2104” markalı avtomobilin sürücüsü, Ağdam rayon sakini Elmurad Bayramov saxlanılıb. Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 420