"Bakıdakı yarmarkada alverçilər yox, mədəni fermerlər olacaq" - Leyla Məmmədova


13:45     20 Dekabr 2018 2018/12/415805076_1545299207.jpg


Sabah Bakıda başlayacaq "Kənddən Şəhərə" devizi altındakı ilk müasir yarmarkada 110 fermer məhsullarını satacaq. Fermerlər seçilərkən, ilk müraciət etmə prinsipi ilə yanaşı, səliqəli, mədəni və digər etik prinsiplər də nəzərə alınıb.

Bu barədə Femida.az-a açıqlamasında Dövlət Aqrar Şirkətinin rəhbəri Leyla Məmmədova məlumat verib.

"İlk müraciət edən 110 nəfərin məhsulu bölgələrdə əməkdaşlarımız tərəfindən araşdırıldı. Tələblərə cavab verməyən fermerlər siyahıdan çıxarıldı və onların yerinə tələblərə cavab verən növbəti muraciətçilər daxil edildi. Biz yarmarkaya alverçiləri buraxmayacağiq. Burada yalnız fermerlər, kiçik və orta sahibkarlar olacaq. Onlara yaşıl rəngdə xüsusi geyim veriləcək. Yarmarkada tam səliqəli, təmiz və müasir şərait təmin olunacaq".

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin yarmarkaları yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi yarmarkalardan fərqlənir. Nazirlikdən bildirilib ki, icra hakimiyyətlərinin yarmarkalarındakı nöqsanlara görə, nazirlik məsuliyyət daşımır.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #kənd   #kənd_təsərrüfatı   #aqrar   #bayram   #yarmarka   #fermer  

Oxunub: 1794