Rus sektorunda təhsil alan şagirdlərin sayı ilə bağlı nazirdən açıqlama: "Deyilənlər mifdir"
15:49 20 Dekabr 2018
"Rus bölməsində təhsil alan şagirdlərin sayı ilə bağlı statistik göstəricilərinin daha yüksək olması barədə deyilənlər bir mifdir".
Femida.az-ın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycanda insan kapitalı üzrə forumda çıxışı zamanı bildirib.
Son illər ərzində rus bölməsində təhsil alan şagirdlərin sayının artması barədə deyilənlərə münasibət bildirən nazirin sözlərinə görə, Azərbaycanda şagirdlərin 92-93 faizi ana dilində təhsil alır.
O, bu rəqəmin son illərdə əhəmiyyətli dərəcədə dəyişmədiyini də qeyd edib:
"Bu gün gənclər inteqrasiya etmək üçün xarici dilləri bilməlidirlər. Buna görə də şagirdlər 1-ci sinifdən birinci, 5-ci sinifdən ikinci xarici dil keçirlər. Lakin reallıq odur ki, bəzi ərazilərdə şagirdlər 5-ci sinifdən ikinci xarici dil keçmirlər. Bu halda qanunvericiliyə uyğun olaraq, 1-ci xarici dilin saatları artırılır".
Femida.az
Oxunub: 565
Oxşar xəbərlər
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Rusiya böyük itkilər verdi
- Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
- Rusiya Finlandiyaya xəbərdarlıq edib