Gələn ilin rəsmi bayram günləri açıqlandı


19:10     20 Dekabr 2018 teqvim%20bayramıı.jpg

Dekabrın 19-da Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında sərəncam qəbul edib.
Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Baş nazir Novruz Məmmədovun imzaladığı sərəncama deyilir: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli Fərmanının 2-ci hissəsinə əsasən, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6 –sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək, qeyri-iş günü hesab olunsun”.

Açar sözlər:

Oxunub: 629