Ərdoğanla Ruhaninin ortaq bəyanatı - “İranın yanındayıq”


20:14     20 Dekabr 2018 18_12_20_1545321741.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran İslam Respublikasının prezidenti Həsən Ruhani ortaq bəyanatla çıxış ediblər.

Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan ABŞ-ın sanksiyaları başlatdığı dönəmdə İran xalqının yanında olacaqlarını bildirib:

“Türkiyə olaraq bu qərarları dəstəkləmədiyimizi bir daha vurğulamaq istəyirəm. İrana qarşı haqsız təzyiqlərin artdığı bu dövrdə İran xalqının yanında dayanmağa davam edəcəyik”.

Ruhani Ərdoğana təşəkkürünü bildirərək deyib: “Cənab Ərdoğana qonaqpərvərliyinə görə mən və heyətim minnətdarlığımızı bildiririk. İki ölkə arasında iqtisadi və ticari əlaqələrin genişlənməsi üçün mühüm görüş keçirdik. Heç bir üçüncü ölkə münasibətimizi poza bilməz”

Açar sözlər:

Oxunub: 280