Qarabağa qanunsuz səfərlərlə bağlı Mogeriniyə müraciət


22:48     20 Dekabr 2018 mogerini3.jpg

Avropa Parlamentinin Müdafiə və təhlükəsizlik üzrə alt-Komitəsinin sədri Anna Fotiqa tərəfindən Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogeriniyə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərlə bağlı müraciət ünvanlanıb.

Femida.az “Trend”ə istinadən xəbər verir ki, müraciətdə Azərbaycan ərazilərinə rəsmi icazə almadan qanunsuz səfər edən Aİ vətəndaşlarının sayında son dövrlər artımın müşahidə olunduğu bildirilib.

Bundan başqa bəzi hallarda, hətta Aİ ölkələrində yerləşən turizm agentlikləri tərəfindən təklif edilən bu qanunsuz səfərlərin beynəlxalq hüququ pozduğu, işğala haqq qazandırmaq məqsədi güddüyü və Aİ-nin beynəlxalq nüfuzuna zərbə vurduğu, digər tərəfdən, qanunsuz səfər edənlərin özlərinin də bir çox hallarda “arzuedilməz şəxs” elan edildiyi, həmçinin, hər an hərbi qarşıdurmanın baş verə biləcəyi ərazilərə yollanan Aİ vətəndaşlarının həyatının da təhlükə altına düşə biləcəyi vurğulanıb.

Sözügedən müraciətin sonunda qeyd olunan məqamları nəzərə alaraq, Aİ tərəfindən öz vətəndaşları ilə bağlı bu qəbildən olan qanunsuz səfərlərin qarşısının alınması istiqamətində hansı addımların atıldığı sorğu olunur, İttifaq tərəfindən qanunsuz səfərlərin doğurduğu hüquqi və təhlükəsizlik fəsadları ilə bağlı öz vətəndaşlarını əvvəlcədən xəbərdar edəcək onlayn xəbərdarlığın yayılmasına çağırış edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 424