Qazaxda uşaq bağçası yanıb, xəsarət alan var
09:14 21 Dekabr 2018
Qazax şəhərində yanğın hadisəsi baş verib.
Femida.az "report"-a istinadən bildirir ki, hadisə şəhərin Zeynalabdin Tağıyev küçəsində yerləşən, müvəqqəti olaraq hazırda uşaq bağçası kimi fəaliyyət göstərən inzibati binada qeydə alınıb.
Yanğın nəticəsində orada mühafizəçi işləyən 52 yaşlı İman Bənnayev xəsarət alıb. Hazırda hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb olunub və 2 mərtəbəli binada baş vermiş yanğının qarşısı alınıb. İlkin ehtimalara görə, yanğına elektrik xətlərində yaranmış qısaqapanma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 572
Oxşar xəbərlər
- Qazaxda toyda mübahisə düşüb, bıçaqlanan var
- Qazaxda 4 gün əvvəl Kürdə batan yeniyetmənin meyiti tapılıb
- Qazaxda avtomobil 10 yaşlı uşağa ağır xəsarət yetirib
- Qazaxda yetkinlik yaşına çatmayan şəxsə toy edilməsinin qarşısı alınıb
- Qazaxda sərhədi pozmağa cəhd göstərən Azərbaycan vətəndaşları saxlanılıb
- Qazaxda Belarus vətəndaşları arasında dava düşüb, xəsarət alanlar var
- Qazaxda bir ailənin 3 üzvü avtomobil qəzasında xəsarət alıb
- Qazaxda 2 nəfər dəm qazından zəhərlənib
- Qazaxda təmizlik idarəsinin işçisi zibil yığan maşının altına düşərək ölüb
- Qazaxda bir ailə zəhərlənib