Vasif Talıbov onlara ev hədiyyə etdi
09:53 21 Dekabr 2018
Şərur rayonunda sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və 1 hərbi xidmət dövrü əlilinə mənzil təqdim olunub, 1 Çernobıl əlilinə isə “NAZ- Lifan 320” markalı minik avtomobili verilib.
Femida.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə mənzil və avtomobillə təmin olunanlara təşəkkürünü bildirib, onlara yeni mənzillərində rahat və firavan həyat arzulayıb, mənzillərin orderlərini və avtomobilin açarını təqdim edib.
Qeyd edək ki, 2 və 3 otaqlı tam təmirli mənzillər rayonun İbadulla və Dəmirçi kəndlərində, eləcə də Şərur şəhərində yerləşir. 4 mənzilin hər birində lazımi kommunal-məişət şəraiti yaradılıb. Yeni mənzillə təmin olunanlara xalça hədiyyə olunub.
Femida.az
Oxunub: 537
Oxşar xəbərlər
- Vasif Talıbov İran nümayəndə heyəti ilə görüşdü
- Vasif Talıbov İran XİN başçısı ilə görüşüb
- Vasif Talıbov məmuru işdən çıxararaq yeni vəzifə verdi
- Vasif Talıbovdan yeni təyinat
- Vasif Talıbov İran səfiri ilə görüşdü
- Vasif Talıbov onları təltif etdi
- Vasif Talıbov prioritetləri açıqladı
- Vasif Talıbov banklarla bağlı tapşırıqlar verdi
- Vasif Talıbov Maliyyə nazirini işdən çıxardı
- Vasif Talıbov Sədərək rayonunda müdafiənin ön xəttində olub