Amerikalı hərbçilər daha bir ölkəni tərk edir - Trampdan ƏMR


10:01     21 Dekabr 2018 2018/12/abs-efqanistan_1545372186.jpg

ABŞ Prezidenti Donald Tramp Pentaqona Əfqanıstandan təxminən 7 min amerikalı hərbçinin çıxarılması ilə bağlı hazırlıq işlərinə başlamağı əmr edib.

Femida.az-ın məlumatına görə, bu, Əfqanıstandkı amerikalı hərbçilərin təxminən tən yarısı olacaq. Belə ki, hazırda ABŞ-ın Əfqanıstanda təxminən 14 min hərbçisi var.

Mənbələrin sözlərinə görə, 7 min hərbçinin çıxarılması təxminən bri neçə ay çəkə bilər.

Qeyd edək ki, ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 531