Təyyarə infarkt keçirən şəxsə görə təcili eniş etdi


14:39     17 Oktyabr 2015 Turkish_Airlines-3003.jpg

İstanbuldan Efiopiyanın paytaxtı Əddis-Əbəbəya uçan "Türk Hava Yolları"na (THY) məxsus təyyarə Qahirə Beynəlxalq Hava Limanına məcburi eniş edib.


Femida.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, buna səbəb təyyarədəki sərnişinlərdən birinin infarkt keçirməsi olub.

Məlumata görə, THY təyyarəsi efiopiyalı sərnişinin ürək tutmasını əsas gətirərək Qahirə aeroportu ilə əlaqə saxlayıb və təcili eniş üçün icazə istəyib. Eyni zamanda, dərhal eniş sahəsinə həkim briqadasının göndərilməsi istənilib.

Təcili yardım briqadası təyyarənin endiyi yerə gələrək infarkt keçirən sərnişini xəstəxanaya aparıb./report/

Açar sözlər:

Oxunub: 1030