Universitetlərdə pulsuz ixtisasların sayı artırılacaq


12:09     21 Dekabr 2018 ecnebi%20telebeler.jpg

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsindən ötən 5 il ərzində ali təhsil sistemi təkmilləşdirilib.

Femida.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan Tələbələrinin II Qurultayında deyib.
Nazir universitetlərin kadr potensialı və maddi-texniki bazasının gücləndirildiyini, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atıldığını qeyd edib.

Ceyhun Bayramovedib ki, bu il qəbul imtahanlarında rekord sayda – 41 minə yaxın gənc tələbə adını qazanıb, 3127 nəfər 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb. 2090 nəfər 500-dən yuxarı bal toplayan gənc müəllimlik ixtisasını seçib ki, bu da gənclər arasında müəllim peşəsinə marağın artmasını sübut edir. Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub.

Femida.az

Açar sözlər: #BDU   #Universitet   #İxtisas  

Oxunub: 542