“Kənddən Şəhərə” bayram yarmarkası başladı - FOTOLAR


15:18     21 Dekabr 2018 18_12_21_1545391112.jpg


Bu gündən Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları işə başlayıb.

Femida.az xəbər verir ki, Bakıda Nizami küçəsi 154 ünvanında təşkil olunan yarmarkada 110 fermer iştirak edir. Bundan başqa, 33 arıçı məhsullarını yarmarkaya çıxarıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova bildirib ki, dekabrın 30-dək davam edəcək yarmarkada azərbaycanlı fermerlər pulsuz iştirak edirlər. O, qeyd edib ki, təmsil etdiyi qurumun təşkil etdiyi “Kənddən Şəhərə” yarmarkalarına çıxarılacaq məhsullar Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra satışa buraxılıb.

Femida.az

Açar sözlər: kənd   yarmarka   bayram  

Oxunub: 2878