Dəmir yolları gücləndirilmiş iş rejiminə keçir
16:00 21 Dekabr 2018
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamenti qarşıdan gələn bayramla əlaqədar olaraq, gucləndirilmiş iş rejiminə keçir.
ADY-dən Azvision.az -a verilən xəbərə görə, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib. Sərnişin sıxlığının artması ilə əlaqədar olaraq, ölkədaxili və xaricə hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq, əlavə vaqonlar qoşulur.
Qeyd edək ki, bayram günləri tarixlərinə (27, 28, 29 və 30 dekabr) ölkədaxilində hərəkət edəcək sərnişin qatarlarına kassalarda biletlər mövcuddur. Eyni zamanda həmin tarixlərdə Bakı-Tbilisi sərnişin qatarının Kupe və SV tipli vaqonlarına bilet satışı bitsə də, plaskart tipli vaqonlara kassalarda biletlər var.
Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.
Oxunub: 514
Oxşar xəbərlər
- Dəmir yolunda məhdudiyyətlər tətbiq edilib
- Dəmir yolundan oğurluq edən şəxslər saxlanıldı
- Dəmiryolu stansiyasından oğurluq edən şəxs tutuldu
- Dəmir Yollarında işə qəbul prosesi tamamilə məsafədən keçiriləcək
- Dəmir yolu işçiləri və energetiklər də təltif edildi
- Dəmir yol təmirçisi faciəvi şəkildə öldü
- Dəmir yollarından oğurluq edilib
- Dəmir yolu stansiyasında partladıcılar tapılıb
- Dəmiryolu vağzalının qarşısında ölüm hadisəsi baş verib
- Dəmir yolu keçidlərində bunu edənlər cərimə olunacaq - HÜQUQİ YARDIM