Poroşenkonun müharibə hazırlığı: nələr gözlənilir?


18:04     21 Dekabr 2018 18_12_21_1545396143.jpg

Rusiya ilə Ukrayna arasında psixoloji müharibə davam edəcək.

Femida.az xəbər verir ki,bu sözləri Axar.az-a açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov deyib.

“Rusiya ilə Ukrayna arasında psixoloji müharibə hələ bir müddət davam edəcək. Bu fonda tərəflər arasında müəyyən qarşıdurmalar istisna edilmir. Ancaq hələlik vəziyyətin geniş müharibə səviyyəsinə çatacağını düşünmürəm”, - deputat bildirib.

R.Musabəyov Rusiya-Ukrayna gərginliyinin yaxın vaxtlarda səngiyəcəyini düşünmür:

“Çünki Rusiya Ukraynanı öz tabeliyinə qaytarmaq istəyir. Bu durumda isə yalnız iki çıxış yolu qalır: ya Rusiya bu istəyinə nail olacaq və nəticədə Ukraynada hakimiyyət dəyişikliyi baş verəcək, ya da Ukrayna Moskva qarşısında baş əyməyəcək və Qərbin dəstəyi ilə addım-addım Rusiyadan uzaqlaşaraq öz müstəqilliyini möhkəmləndirəcək. Hələlik vəziyyət olduqca qeyri-müəyyəndir”.

Qeyd edək ki, Ukrayna Prezidenti Pyotr Poroşenko ölkəsinin Azov və Qara dəniz sahillərinə desant və hücum qüvvələri göndərməyə başladığını, ordunun müharibəyə hazırlıq durumunun artırıldığını açıqlayıb.

Açar sözlər:

Oxunub: 393


Oxşar xəbərlər