Göygöldə iki avtomobil toqquşub, yaralanan var


21:14     21 Dekabr 2018 18_12_21_1545412011.jpg

Göygöldə xəsarətlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Budaqov Hicran Pirəli oğlu bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.


Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 309