Şəhid ailələri və Qarabağ əlillərinə yeni mənzillər verildi - Fotolar
10:04 22 Dekabr 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış mənzillər şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Femida.az xəbər verir ki, mənzillərdən ikisi birotaqlı, üçü ikiotaqlı, beşi üçotaqlı olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov mərasimdə çıxış edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların ailələrinə Prezident İlham Əliyev tərəfindən göstərilən hərtərəfli diqqət və qayğıdan danışıb. O, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində mənzil alan ailələri təbrik edib. Bildirib ki, şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilən mənzillərin sayı 6200-dən çoxdur. Təkcə bu il həmin kateqoriyadan olan ailələrə 626 mənzil təqdim edilib.
Sonra mənzillərin püşkatma qaydasında, obyektiv və ədalətli şəkildə paylanması həyata keçirilib.
Yeni mənzil alanlar onların sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Femida.az
Oxunub: 997
Oxşar xəbərlər
- Gəncədə mənzildə qadın meyiti aşkarlanıb
- Bakıda mənzildə bir nəfərin meyiti aşkarlanıb
- Bakıda mənzildən 62 min dollar oğurlanıb
- Abşeronda mənzildə kişi meyiti aşkarlanıb
- ƏƏSMN tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydası təsdiqlənib
- Bakıda mənzildə 61 yaşlı qadının meyiti tapılıb
- Prezidentdən kirayə mənzillərlə bağlı FƏRMAN - Bu qayda LƏĞV OLUNDU
- Ağcabədidə mənzildə 60 yaşlı kişi meyiti tapılıb
- Bakıda mənzildə 82 yaşlı qadın meyiti tapılıb
- Mənzil İnşaatı Dövlət Agentliyi Yasamalda yeni mənzilləri satışa çıxarıb