Rusiyaya gedən kişilərə bəd, həyat yoldaşlarına şad xəbər – VİDEO

Rusiyaya gedən kişilərə bəd, həyat yoldaşlarına şad xəbər – VİDEO


10:39     22 Dekabr 2018 2018/12/2018-10-31-11-54-3116_1545460803.jpg

Rusiya Dövlət Duması saxta nikahlarla mübarizə ilə bağlı qanun qəbul edib. Duma əcnəbilərin Rusiya vətəndaşları ilə ailə quraraq, müvəqqəti yaşama icazəsi alması üçün bağladıqları saxta nikahların qarşısını almaq baxımından qanuna dəyişiklik edib. Qanun layihəsinə görə, indi Rusiya vətəndaşı ilə nikaha daxil olan əcnəbilərə yalnız onun həyat yoldaşının yaşadığı ərazidə yaşamaq üçün müvəqqəti icazə veriləcək.



ARB TV-nin “Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Samir Qasimov - Vəkil: “Dünya təcrübəsində ölkənin vətəndaşı ilə nikahda olmaq, həmin ölkədə müvəqqəti və yaxud daimi yaşamaq üçün hüquqi əsaslardan hesab olunur. Ölkələr də miqrantların gəlişinə-gedişinə, kvotasına uyğun həmişə bu barədə qanunvericiliyi dəyişirlər. Əgər rusiya dumasında belə bir qanun qəbul olunubsa, Rusiya vətəndaşı ilə nikahda olmaq əsası R usiyada müvəqqəti və yaxud daimi yaşamaq icazəsi almaq biraz çətinləşəcək”.

Dövlət Miqrasiya Xidməti Yanında İctimai Şuranın sədri Azər Allahverənovun sözlərinə görə, bu gün dünyanın əksər ölkəsində saxta nikah məsələsi aktualdır. Rusiyaya gəldikdə isə qeyri-rəsmi rəqəmlərə görə, təkcə paytaxt Moskva üzrə il ərzində bağlanan saxta nikahlar təqribən 30 faiz olur. Bu da paytaxt üzrə 10 mindən artıq nikah deməkdir.

Azər Allahverənov – Ekspert: “Amma Rusiya hazırda saxta nikah məsələsini daha çox əcnəbilərlə bağlı müstəvidə qabardır və ona görə də bunu edir ki, son illər ərzində saxta nikah vasitəsilə rusiyada daimi yaşamaq icazəsi alan və sonradan vətəndaşlıq almaq istəyən əcnəbilərin sayı kifayət qədərdir”.

Ekspertlər hesab edir ki, yeni qanunun qəbulu şimal qonşumuzda yaşayan həmvətənlərimiz üçün də müəyyən problemlər yarada bilər. Amma ümumi götürdükdə qeyri-qanuni nikahları aşkar etmək elə də asan olmayacaq.




Vahid Əhmədov - Millət Vəkili: “Bunu ruslar özləri də deyirlər ki, aşkar etmək qeyri-mümkündür. İndi müəyyən qədər sərtləşdirirlər ki, qeyri-qanuni nikahlara yol verməsinlər. bizim də Rusiyada kifayət qədər vətəndaşımız var. Ola bilər onların bəzisi Rusiya vətəndaşılığı alıb. Amma vətəndaşlıq almayan, orda işləyənlər də həddən artıq çoxdur”.

Sual doğuran digər bir məqam saxta və qanuni nikahların necə müəyyən edilməsidir.

Azər Allahverənov – Ekspert: “Belə olduğu halda dövlət miqrasiya xidmətinin müəyyən nəzarət mexanizmləri var. Bu nəzarət mexanizmləri işə salınır, öyrənilir ki, bu şəxsin bağladığı nikah saxtadır ya yox. Əgər hər hansı şübhə varsa, o nikah etibarsız hesab edilir”.

Etibarsız hesab edildiyi təqdirdə artıq qanunvericiliyin digər müddəaları işə düşür. Həmin şəxslər məhkəməyə müraciət edərək, bağlanmış nikahın saxta yox həqiqi olduğunu, tərəflərin hər ikisinin niyyətinin həqiqətən ailə qurmaq olduğunu sübut edərlərsə, bu zaman miqrasiya orqanlarının qərarı ləğv olunur. Nikah tanınır və həmin şəxslərin Rusiyada qanuni əsaslarla yaşamağı təsdiq olnur.

Ekspertlər yeni qanunun tətbiqi ilə Rusiyada əcnəbilərin sayında azalma olacağı qənatindədir.

Açar sözlər:

Oxunub: 4895