Dünən işdən çıxarılan başçıya qarşı məhkəmə QƏRARI


12:23     22 Dekabr 2018 2018/12/gulaga_(1)1545465012_1545467152.jpg

Dekabrın 21-də Xəzər Rayon Məhkəməsində rayonun sabiq icra başçısı Gülağa İslamovun həyətində 300 it saxlayan Eldar Mansurova qarşı iddiasına baxılıb.



Femida.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Əkrəm Qəhrəmanov qərarı elan edib. Məhkəmənin qərarı ilə Gülağa İslamovun iddiası əssasız hesab olunduğu üçün rədd olunub.

Qeyd edək ki, Gülağa İslamov Xəzər Rayon Məhkəməsinə müraciət edərək Mərdəkan qəsəbəsindəki həyətində 300-ə yaxın it saxlayan vətəndaş Eldar Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini istəyib.

Xatırladaq ki, G. İslamov dekabrın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1873