Tramp HƏMAS və Hizbullaha qarşı qərarı təsdiqlədi


15:11     22 Dekabr 2018 18_12_22_1545468160.jpg

ABŞ Prezidenti Donald Tramp vətəndaşların “canlı qalxan” kimi istifadə edilməsinə görə sanksiyaların tətbiqini məcbur edən qanunu imzalayıb.



Femida.az xəbər verir ki, bu məlumatı Ağ Evin Mətbuat Xidməti yayıb.

Qeyd edək ki, yeni qanun layihəsi bundan öncə Konqres tərəfindən qəbul edilib. Qanun layihəsinə əsasən, əgər Hizbullah və HƏMAS qruplaşmaları dinc vətəndaşlardan canlı qalxan kimi istifadə etsələr, onlara qarşı ABŞ hökuməti tərəfindən avtomatik sanksiya tətbiq olunacaq. ABŞ hər iki qruplaşmanı hazırda terror təşkilatı kimi tanıyır.

Açar sözlər:

Oxunub: 413