Tramp Ərdoğana deyib: “Bilirsən nə var? Götür. Mən gedirəm"


15:43     22 Dekabr 2018 18_12_22_1545470332.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanABŞ Prezidenti Donald Trampla söhbət zamanı bəyan edib ki, kürd döyüşçülərinin Ağ ev tərəfindən dəstəklənməsinin məqsədini başa düşmür. “Gazeta.ru” xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

R.T.Ərdoğan vurğulayıb ki, Trampın özünün dediyinə görə, İŞİD terror təşkilatı devrilib. O həmçinin regionda minə yaxın amerikalı hərbçilərin qalmaqda davam etməsinin səbəbi barədə sual verib.

"Bilirsən nə var? Götür. Mən gedirəm", - Tramp deyib.

Bildirilir ki, söhbətin detallarını ABŞ administrasiyasının bir neçə əməkdaşı təsdiqləyib.

Xatırladaq ki, bir qədər əvvəl xəbər verildiyi kimi, Birləşmiş Ştatlar Suriyadan öz qoşunlarını çıxarmağa başlayıb.

Açar sözlər:

Oxunub: 548