Mehdi Hüseynzadənin 100 illiyi ilə bağlı poçt markası hazırlanıb


16:47     22 Dekabr 2018 2018/12/Marka-1545465114_1545470340.jpg

Ukraynada İkinci Dünya Müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə poçt markası hazırlanıb.


Bu barədə Femida.az-a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. Səfrilik tərəfindən hazırlanan 2 növ poçt markasında Mehdi Hüseynzadənin təsviri yer alıb. Sayı 2000 ədəd olan poçt markaları artıq dövriyyəyə buraxılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 411