İlin birinci yarısında 141 uşaq məhkum olunub


14:09     22 Dekabr 2018 cinayetkar%20usaq.jpg

2018-ci ilin birinci yarısında məhkum olunan uşaqların 141 nəfəri 14-17 yaş arasındadır. Onlardan 4-ü qızdır.



Femida.az xəbər verir ki, Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 14-15 yaşda 22 nəfər, 16-17 yaşda isə 119 nəfər məhkum olunub.

"Məhkum olunan uşaqlardan 119 nəfəri hər iki valideyni olan ailədə, 21 nəfəri bir valideyni olan ailədə, bir nəfər isə ailədən kənarda (internatda, uşaq evində və s.) tərbiyə alıb. Uşaqlardan 51 nəfəri şagird və tələbələr, 72 nəfəri işləməyənlər və oxumayanlar, 18 nəfəri isə işləyənlərdir".

Qeyd olunub ki, uşaqlardan 22 nəfəri 5 ilə qədər, 15 nəfəri 5 ildən 10 ilə qədər azadlıqdan məhrum edilib. 4 nəfər ictimai işlər, 9 nəfər islah işləri üzrə cəzalandırılıb, 26 nəfərə cərimə tətbiq olunub, 54 nəfər şərti məhkum olunub. 11 nəfərin azadlığı məhdudlaşdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 584