Hakimlərinin səlahiyyət müddəti artırılacaq


16:23     17 Oktyabr 2015 andil%20mehkemelerle.jpg


Bakı və Gəncə Apellyasiya məhkəmələri hakimlərinin səlahiyyət müddəti artırılacaq.

Femida.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin oktyabrın 20-də keçiriləcək payız sessiyasının sonuncu plenar iclasında müzakirə olunacaq.
Bakı Apellyasiya Məhkəməsinin hakimləri Namiq Cəfərov, Sənan Hacıyev və Abidin Hüseynovun və Gəncə Apellyasiya Məhkəməsinin hakimi Azad Bayramovun səlahiyyət müddəti oktyabrın 26-da başa çatır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi səlahiyyət müddəti bitən hakimlərin yenidən təyin edilməsi məsələsini müzakirə edib və məsələ parlamentin pelenar iclasına tövsiyə olunub.

Açar sözlər:

Oxunub: 1369


Oxşar xəbərlər