Baş prokurorluqdan Xətai rayonundakı qətllə bağlı AÇIQLAMA


18:53     22 Dekabr 2018 18_12_22_1545489717.jpg


Baş Prokurorluq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşının qətlə yetirilməsi ilə bağlı bəzi iddialara münasibət bildirib.

Femida.az-ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Bakının Xətai rayonunda qətlə yetirilən ləğv edilmiş MTN-in sabiq əməkdaşı Fariz Vahabovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq Aparat rəhbəri Fərhad Vahabovla hər hansı qohumluq əlaqəsi yoxdur.

E.Sultanov həmçinin bildirib ki, bununla bağlı bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, dekabrın 20-də naməlum şəxs Fariz Vahabova yaşadığı evin həyətində bir neçə dəfə atəş açıb. O, hadisə yerindəcə ölüb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin kimliyini müəyyənləşdirirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 596