Zaqatala sakini kəsdiyi ağacın altında qalıb öldü


09:12     23 Dekabr 2018 ağac.jpg

Zaqatalada 33 yaşlı kişi kəsdiyi ağacın altında qalaraq ölüb.

Femida.az Report-a istinadən məlumatına görə, hadisə Danaçı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Murad Əhməd oğlu Mehdiyev pay torpağındakı ağacı kəsərkən ehtiyatsızlıqdan ağac onun üstünə düşüb. M.Mehdiyev aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 552