Azərbaycanın Olimpiya mükafatçısında dopinq tapıldı


10:42     23 Dekabr 2018 18_12_23_1545546646.jpg


Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Beynəlxalq Olimpiya Komitəsi tərəfindən keçirilmiş növbəti dopinq sınağından sonra 2012-ci ilin London Olimpiadasında Azərbaycanı təmsil etmiş bürünc mükafatçı Valentin Xristovu və London Olimpiadasının çempionu, ukraynalı Aleksey Toroxtini oyunlardan müvəqqəti kənarlaşdırıb.

Femida.az "Report"a istinadən bildirir ki, bu barədə IWF-in rəsmi saytında bildirilir.

London Olimpiadası ağırlıqqaldıranlarının sınaqlarının təkrar analizindən sonra onlarda qadağan edilmiş deqidroxlormetiltestosteron maddəsi aşkar edilib. Toroxti Londonda 105 kq-a qədər çəki kateqoriyasında qalib gəlib, Xristov isə 56 kq-a qədər çəki kateqoriyasında üçüncü olub.

Bundan başqa, IWF Özbəkistanın nümayəndəsi, Londonda 105 kq-a qədər çəkidə dördüncü yeri tutmuş Ruslan Nurudinovu da kənarlaşdırıb. Yenidən sınaq yoxlamasından sonra onda da deqidroxlormetiltestosteron və stanozolol aşkarlanıb. Nurudinov Rio-de-Janeyroda keçirilmiş Olimpiya oyunlarının çempionudur və 2013-cü ildə keçirilmiş dünya çempionatının qalibidir. Həmçinin Avropanın ikiqat çempionu Meline Daluzyan (Ermənistan) və belaruslu Nikolay Novikov da oyunlardan kənarlaşdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 497