Vəkil olmaq istəyənlər imtahan verdi
12:49 23 Dekabr 2018
Bu gün Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində ilk dəfə olaraq informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.
Femida.az xəbər verir ki, 150 nəfər vəkilliyə namizədin iştirakı ilə keçirilən imtahan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq, Dövlət İmtahan Mərkəzi və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunub ki, bu suallardan 60 mümkün balı toplaya bilmiş namizədlər imtahanın növbəti – şifahi mərhələsinə keçə biləcəklər. Nəticələr imtahandan dərha sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat veriləcək.
Qeyd edək ki, imtahanın gedişini Vəkillər Kollegiyasının saytından və facebook səhifəsindən onlayn şəkildə izləmək mümkündür.
İmtahanın şəffaflığının təmin edilməsi məqsədi ilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökümət təşkilatlarından müşahidəçilər dəvət olunub, KİV nümayəndələrinin iştirakı təmin edilib.
İmtahanın təşkili və namizədlərin tərkibinə dair statistik məlumatlara gəldikdə isə, qeyd olunmalıdır ki, imtahanda iştirak edən ən yaşlı namizəd 69, ən gənc isə 24 yaşındadır. O cümlədən, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 63%, Respublikanın digər regionları üzrə isə 37%-dir. Sevindirici haldır ki, imtahanda Azərbaycanın əksər regionları təmsil olunur, bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcəkdir. Namizədlərin 4%-i xarici, 96%-i yerli ali təhsil müəssisələrində təhsil almışlar ki, bu siyahıda ilk yeri 53% ilə Bakı Dövlət Universiteti tutur.
Xatırladaq ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası öz tarixində ilk dəfə olaraq bir il ərzində ikinci dəfə vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının keçirilməsini təşkil edib. Bundan əvvəlki ixtisas imtahanlarının yazılı test mərhələsi cari ilin yanvar ayında keçirilib.
Femida.az
Oxunub: 1293
Oxşar xəbərlər
- Vəkillər "İdeal”ın həbsdə olan keçmiş rəhbərinə bəraət istəyiblər
- Vəkil Ramiz Göyüşovun məhkəməyə gəlməsini tələb edib
- Vəkillər Kollegiyasının sədr müavininə ağır itki üz verib
- Vəkil olmaq istəyənlər üçün imtahan başa çatıb
- Vəkilə təzyiq göstərilməsi iddiaları araşdırılır"- DİN
- Vəkillər HELP Tədris Proqramı üzrə təlim kursunu başa vurdu
- Vəkillərin cərimələnməsini nəzərdə tutan qanun layihəsi müzakirə edilib
- Vəkillər Kollegiyası üçün yeni bina ayrıldı
- Vəkillər Sabirabadda şəhid ailələri və qazilərə pulsuz hüquqi yardım göstərdi
- Vəkillər Kollegiyası şəhid jurnalistlərlə bağlı 230 beynəlxalq təşkilata müraciət edib