Lənkəranda ağır qəza: ölən var

Lənkəranda ağır qəza: ölən var


09:34     24 Dekabr 2018 2018/12/vaz-2107_1545630214.jpg

Lənkəranda yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Femida.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah yolunun Lənkəran ərazisində qeydə alınıb.

Sıx dumanlı hava şəraitində əks istiqamətlərdə hərəkətdə olan 42 BS 578 dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobil 42 BO 227 dövlət qeydiyyat nişanlı, VAZ-2107 markalı avtomobillə toqquşub. Nəticədə VAZ-2106-nın sürücüsü Lənkəran rayon Havzsva kənd sakini 1961-ci il təvəllüdlü İmaməliyev Allahverdi Sürət oğlu hadisə yerində ölüb. VAZ-2107-nin sürücüsü Ravin Şükürov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 143