Həbsxanadakı qardaşına heroin keçirmək istəyirdi - Özü də tutuldu


11:14     24 Dekabr 2018 heroin%20narkotik2.jpg

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.



Xidmətdən Femida.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 93.1.4 və 234.4.1-ci maddələrinə əsasən 2 il 3 ay azadlıqdan məhrum edilmiş məhkum Əsgərov Vüqar Əsgər oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Əsgərov Ağahüseyn Əsgər oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əynindəki şalvarın etiketində xüsusi üsulla tikilərək gizlədilmiş 0,432 qram “Heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 559


Oxşar xəbərlər