Özü sonsuz, başqalarına övlad bəxş edən kor qadın — Vanqanın sirli qalan ölümü +VİDEO


11:43     24 Dekabr 2018 2018/12/vanqa-esa_1545637462.jpeg

Son günlər mediada məşhur görücü Vanqanın gələcək üçün dediyi proqnozlar yenidən gündəmə gəlib. Bir çox insanlar bu proqnozları ciddi qəbul etməsə də, Vanqanın dediklərinə inananlar da az deyil.



Bəs Vanqa kim olub?



1911-ci il yanvar ayının 31-də o vaxtlar Osmanlı imperiyasının, sonradan Bolqarıstan ərazisi hesab olunan Strumitsa kəndində bir qız anadan oldu. Vaxtından iki ay əvvəl doğulan qızcığazın ayaq və əl barmaqları bitişik, bədəni isə zəif olduğundan, valideynləri onun yaşamasına belə ümid etmirlər. Onda hələ heç kəs bilmirdi ki, məhz bu qızcığaz yer kürəsinin Volf Messinq və Edqar Keysi kimi öndə olan mediumlarından biri olacaq. Onun həyatını dünyanın yüzlərlə alimi araşdırıb, lakin indiyədək heç kəs başa düşə bilmir ki, bu böyüklükdə qeyri-adi istedad hardandı və o, hansı qüvvələrə xidmət edirdi… Söhbət məşhur Vanqadan gedir.


Polis raportu: gözü çıxarılmış 12 yaşlı qız və ya…

Taleyinə öncəgörməlik və qeyri-adi imkanlar yazılan Vanqa (tam adı Vanqeliya Pandevin Surçenko) kasıb bolqar kəndli ailəsində anadan olub. Anası öləndə onun cəmi 4 yaşı vardı. O zaman atası Birinci Dünya müharibəsi cəbhələrində vuruşurduğundan, uşağa qonşular baxmışdı. Müharibədən qayıtdıqdan sonra Vanqanın atası ikinci dəfə evlənir. Körpə ikən anasız qalan, çətin həyat keçirən qızcığaz, sanki öz gələcək taleyini də hiss edib: lap uşaq çağlarından ən sevimli məşguliyyəti həkim və kor oyunu oynamaq olub. O, gözlərini bağlayaraq, əşyaların yerini tapmağa çalışardı, bəlkə bu, onun ilk öncəgörməsi idi? Onun haqqında çox yazılıb. Vanqanın qeyri-adi qabiliyyəti barədə xeyli ədəbiyyatlar olsa da, onun şəxsi həyatı çox vaxt ikinci plana keçir. Ancaq burada da xeyli maraqlı məqamlar mövcuddur.

Vanqa necə kor oldu?

Bir çox mənbələrdə onun kor olması haqda demək olar ki, eyni məlumat mövcuddur. Elə özü də jurnalistlərin necə kor olmusuz, sualına dəfələrlə eyni hadisəni danışmaqla cavab verirdi. Belə deyirlər ki, Vanqa rəfiqələriylə gəzişərkən, birdən göy üzünü iri qara bir buludun aldığını görür. Havanın dəyişdiyini görüb, kəndə tərəf qaçan qızların arasından Vanqanı qasırğa ağuşuna alır. Sonradan görücü özü bu haqda deyirmiş:







“Qasırğa məni sararkən elə bil başıma kiminsə əlinin toxunduğunu hiss elədim. Sonra heç nə xatırlamadım. Bir də gözümü açdım ki, yerdəyəm, başımda, gözümdə dəhşətli ağrılar var…” Kəndlilər qızı daş-çınqılın, ağac budaqlarının arasından tapıb evə gətirirlər. Axşama yaxın gözləri qanla dolur, bir neçə gün sonrasa bəbəkləri ağarmağa başlayır. Xəstənin gözlərində iki dəfə əməliyyat keçirilsə də, nəticəsi olmur. Jurnalistlərin bu haqda suallarından bezən Vanqa: “O günü xatırlamaq istəmirəm, çünki hər dəfə o dəhşətləri yaşamaq mənim üçün çox çətindir” , deyirdi. Uzun illər formlaşan bu fikri bolqar jurnalisti Svetaslava Tadorkova təzələdi. O, 20-ci əsrin əvvəllərində hava proqnozu haqda bütün arxiv materiallarlını araşdırmağa başlayıb. Onun sözlərinə görə, həmin ərazi üzrə 1900-cu ildən başlayaraq, o hadisə baş verən zamana qədər hava məlumat bürosundan verilən arayışda, heç bir güclü qasırğa və fırtına tipli təbii hadisə baş verməmişdi. Araşdırmalarını davam etdirən Svetaslava daha bir maraqlı faktı pols raportlarının birində tapır: “1923-cü il, Makedoniya, Strumitsa. Novosela kəndinin yerli əhalisi tərəfindən təqribən 12 yaşlı huşsuz vəziyyətdə bir qız tapılır. Xəstəxanada təsdiq edilib: qız zorlanıb və bundan sonra gözləri çıxarılıb”. Jurnalistin sözlərinə görə, raportda təcavüzə məruz qalanın adı yoxdur: amma təsadüflər bunsuz da çoxdur: 1923-cü il, Novosela və 12 yaşlı kor olan qız …



Doğurdanmı Vanqa və eləcə də ətrafı bu faktı ciddi-cəhdlə gizlədirdilər?..Və doğurdanmı həqiqət belə olub, demək çox çətindir… Nakam qalan ilk məhəbbət 1925-ci ildə Vanqanı Korlar Evinə göndərirlər. Korlar evində o, üç il yaşayır. Burada qıza toxumaq, tikmək və korlar üçün əlifba öyrədirlər, həmçinin burada o, pianoda çalmağı da öyrənir. Burada Vanqa özünün ilk və yeganə məhəbbəti ilə qarşılaşır. O, varlı ailədən olan kor bir oğlan ilə tanış olur və onların münasibətləri o qədər güclü olur ki, hətta evlənməyə də qərar verirlər. Lakin tale başqa cür yazılıbmış…Vanqanın ögey anası növbəti doğuş zamanı ölür və çaşqın atası, böyük qızının köməyi olmadan keçinə bilmir. Və yazıq qız, xoşbəxtlik arzularını tərk edərkən, ata evinə qayıtmalı olur. Amma son illər bu faktın da əslində doğru olmadığı və həqiqətin tamam başqa cür olması fikirləri səslənməkdədir. Bu haqda bir qədər sonra danışılacaq. Hələliksə…. Sonrakı 10 il Vanqa üçün ən çətin zaman olub. Bərk soyuqlayan Vanqa yorğan-döşəyə düşür. Ətrafdakılardan heç kim onun sağalmasına artıq ümid etmirdi, lakin birdən möcüzə baş verir və xəstə yataqdan qalxır. Bundan sonra özündə qəribə bacarıq hiss edən qız, bunu bir müddət gizlətsə də, bir gün özünü saxlaya bilmədi, qonşulara dedi ki, apreldə müharibə başlayacaq. O zaman kim ona inandı? Amma 1941-ci il 6 apreldə alman qoşunları Yuqoslaviya sərhəddini keçir. Və elə bu zaman kor Vanqanın öncəgörənliklə dediyi sözlər yada düşür. Müharibənin başlanmasıyla doğmalarının taleyindən narahatlıq keçirən insanlar onun yanına gəlirlər. Bundan sonra Vanqa dünyanı dəyişəcək mühüm hadisələri on il qabaqcadan xəbər verəcək və onların hamısı da baş verəcək. Şahidlərdən biri yazır: “Balaca otaqda küncdə oturmuşdu. Səsi gur və güclü idi. Yamaqlı paltarı belə onun bədəninin gərginliyini gizlədə bilmirdi. Kor gözlərindən boşluq yağsa da, üzündən sanki nur tökülürdü”.



Beləcə, Vanqa kömək üçün yanına gələn insanlara səfərbərliyə cəlb olunmuş kişilərin vuruşduqları yerləri, başlarına gələn hadisələri dəqiqliklə söyləyir. Deyilənlərə görə, bu öncəgörümlər düz bir il davam edib və bu bir il ərzində Vanqa sutkada ancaq 2-3 saat yuxu yatıb. Onun görünüşü hamını heyrətə saldığından, yanına gələnlər görücünün qarşısında dizi üstü oturmağa üstünlük verirmişlər. O, demək olar ki, heç vaxt yanılmayıb, ömrünün son illərindəki yanılmalarını nəzrə almasaq …Maraqlıdır ki, Vanqa ömrünə az qalmış, ölümə məhkum olan insanlarla danışmazdı. Yanına sadəcə maraq üçün gələnlərə də heç nə deməzdi… Qadının uzaqgörənliyi haqda xəbər ətraf kəndlərə yayıldıqca, yanına gələnlərin sayı xeyli artır. Az keçmir, müxtəlif xəstəliklərlə bağlı da ona müraciət etməyə başlayırlar. Adamlar onun barəsində artıq qorxu qarışıq hörmətlə danışırdılar. Ancaq birmənalı şəkildə Vanqanın görücülüyünü şər qüvvələrlə bağlayanlardan tutmuş, ilahi qüvvənin möcüzəsi hesab edənlərədək hamı onun görücülüyünün nə qədər dəqiqliklə yerinə yetdiyinə heyran qalırdılar. Beləcə, Vanqa haqqında yarıhəqiqət, yarıfantaziyadan ibarət bir mif formalaşırdı. Bolqar alimi Georgi Lozanov uzun illər ərzində Vanqanın fəaliyyətini izləyib və onun gerçəkləşən 7000-dən çox öncəgörmə faktlarını qeyd edib. O, belə qənaətə gəldi ki, Vanqanın proqnozları təsadüflər sərhədlərindən çıxıb və çünki 80 faizi təsdiqini tapıb. “Onu lazım olan yerəcən ötürdüm” 1942-ci ildə Dmitri Quşerov adlı əsgər, qardaşının qatillərinin kim olduğunu öyrənmək üçün Vanqanın yanına gəlir. Elə evinin astanasındaca Vanqa Dmitriyə deyir: “Bilirəm, niyə gəlibsən. İstəyirsən, qardaşının qatillərinin yerini deyim. Ola bilsin, bunu sənə nə vaxtsa deyərəm, ancaq gərək mənə söz verəsən ki, qisas almayacaqsan. Çünki indi lazım deyil. Sən onların sonunu özün görəcəksən”. Bu hadisədən bir müddət sonra – aprelin 20-də Vanqa bacısına Dmitrinin onunla evlənmək üçün kəndə gələcəyini bildirir. Həqiqətən, 1942-ci il may ayının 10-da Dmitri onunla evlənir və gənc ailə Sofiyadan təxminən 200 kilometr məsafədə yerləşən Petriç şəhərində məskən salır. Bir müddət sonra Dmitri səfərbərliyə alınaraq, Yunanıstana aparılır. Vanqanın səfərqabağı ərinə bircə məsləhəti olur: “Sudan özünü gözlə!” Həqiqətən, bir neçə il sonra Dmitri də daxil olmaqla, Yunanıstandan salamat dönən döyüşçülərin hamısı döyüşlər vaxtı bataqlıq suyundan içdikləri üçün uzun illər yatalaq xəstəliyindən əziyyət çəkirlər. Ömrünün son illərini içkiyə qurşanan Dmitri 1962-ci ildə qaraciyər serrozuna tutulur, elə bu xəstəliklə də yatağa düşür. Şəfaverici Vanqa sevimli Dmitrisinin bu xəstəlikdən qalxmayacağını bildiyindən əlindən ancaq ağlamaq gəlir. Xəstənin başının üstünü bir an belə tərk eləməyən Vanqa ərinin ölümüylə dərin yuxuya gedir, bir də mərhumun dəfnindən sonra ayılıb deyir: “Mən onu qalmalı olduğu yerə qədər ötürdüm”. Həmin vaxtdan Vanqa həyatının sonuna qədər dul qadınlara xas qara rəngli yaylıqla gəzir…





(Vanqanın ölümündən əvvəlki görüntüləri)


Lənətlənmiş insan – hansı günahdan danışırdı?

Ərinin ölümündən sonra Vanqa uzun müddət özünə gələ bilməyib. Hətta bir daha görücülük etməyəcəyi bəyan edərək, monastra gedir, qalan həyatını ibadətlə keçirmək istyib. O deyirmiş ki, mən lənətlənmişəm. Amma heç bir monastr onu qəbul etmir…Sonra qeybdən gələn səs ona Rupitdə ev tikib yaşamağı məsləhət görür: “Orda sənə rahat olacaq”. Bu nikahdan Vanqanın və Dmitrinin övladları olmur. Deyilənlərə görə, o, sonsuz olub. Lakin yenə də bir qədər əvvəl Rusiya telekanalları Vanqa haqqında sensasiyalı xəbər yayırlar: onun hamıdan gizlətdiyi oğlu varmış. Uşağın atasısa, Korlar evində evlənməyə qərar verdiyi Dmitri imiş…İddiaya görə, atasının onu tələm-tələsik Korlar evindən çıxarmağının səbəbi də qızın hamilə olması imiş… Daha bir mif, daha bir sirr… Lakin Vanqanın 40 yaşı olanda kasıb bir ailənin dünyaya gələcək uşağını övladlığa götürmək istədiyini bildirir. Uşağa ərinin adını qoyur: Dmitri. Dmitrinin ailəsi o qədər kasıb olur ki, övladlarının Vanqa kimi məşhur bir qadının himayəsində yaşamasına hətta sevinirlər. Gələcəkdə Dmitri Volçev uğurlu karyera quraraq, prokuror vəzifəsində çalışıb. Az sonra Vanqa Vinetta adlı bir qızı da övladlığa götürür. Bundan sonra Vanqa sakitləşir, daha heç bir “lənətdən” danışmır, monastra getmək fikrindən tamam əl çəkir, əvvəlki məşğuliyyətinə qayıdır. Övladlığa götürdüyü bu iki uşağa bəslədiyi qayğı və məhəbbəti Vanqa günahlarını yumaq üçün bir vasitə hesab edirdi – o, görücülüyün gühah olduğunu başa düşür və həyatının bir neçə dönəmində bu peşəsindən əl çəkmək istəyib. Görəsən Vanqa ölümünün sonunda bu övladların ona dönük çıxacağını bilirdimi?.. Ölümündən sonra bütün yaxınları kimi onlar da Vanqanın sərvəti uğrunda əsl mübarizəyə başlayacaqlar… Amma hələ sağlığında onun dipomatlarla dolu olan pullarını yaxınları oğurlayırdılar. Cangüdəni ilə yaşanan məhəbbət Yəqin çox az adam bilir ki, Vanqa İvan Blaqov adlı cangüdəni ilə böyük bir məhəbbət yaşayıb. Bu gözəl görünüşə malik kişi evli olub, dörd uşaq atası imiş. Deyirlər ki, Vanqa bu münasibətləri gizlətməyə çalışsa da, əksinə Blaqov hislərini cilovlamağı bacarmır. Tezliklə onların münasibətlərindən çoxları xəbər tutur. Şahidlərin dediyinə görə, Vanqanı o zamankı kimi xoşbəxt heç vaxt görməyiblər. O, əsl qadın xoşbəxtliyini tapmışdı. Şahidlərin dediklərinə görə, İvan Blaqov ailəsindən boşanaraq, Vanqa ilə evlnəcəyini gizlətmirdi. Lakin Vanqanın bu qadın xoşbəxtliyi uzun sürmür. Blaqoy bir gün sübh tezden Vanqanın evinin qarşısında özünü asaraq intihar edir. Bu özünəqəsdin səbəbini heç kim bilmir. Vanqanın həyatındakı daha bir mistik fakt…Sevgilisinin ölümündən sonra yenidən sakitliyini itirən Vanqa günlərlə ağlayır , ərini xatırlayır, yenə də hansısa lənətin onu təqib etdiyini deyir. Sonda Vanqa kilsə tikdirmək qərarına gəlir. Və bununla da onu bürümüş narahatlıq və bədbəxtlikdən yaxasını qurtaracağını düşünür. Mənim sevdiyim adamlar tezliklə ölürlər Ətrafında çoxlu insanların olmasına baxmayaraq, Vanqanın çox az sayda dostu vardı. Ömrünün sonunadək xatırladığı dostu yalnız Bolqariyanın rəhbəri Todar Jivkovun qızı Lüdmila Jivkova olub. Özünün etirafına görə Lüdmila onun yeganə rəfiqəsi olub. Jivkov ailəsinin himayəsindən sonra onu bütün dünyada tanıdılar. Onunla tanışlıq Vanqaya geniş imkanlar verdi. O, dövlət qulluğuna işə qəbul edildi, hətta 200 lev maaş da aldı. Bu, onun ömrünün 1967-ci ildən sonrakı vaxtına təsadüf edir. Deyilənlərə görə, Vanqa gün ərzində 120 nəfəri qəbul edirdi. Bolqar vətəndaşları üçün bu xidmət 100 lev (təxminən 2 dollar), xarici vətəndaşlar üçün 50 dollara başa gəlirdi. Pullar dövlət büdcəsinə gedirmiş. Bolqar hökuməti bu fürsətdən yaxşı istifadə edirdi. Vanqa “brendi” dövlət büdcəsinə yaxşı gəlir gətirirdi.






Onun yaşadığı yerə yaxın otellər tikilməyə başlayır, turist firmaları Vanqanın evinə turlar təşkil edirdilər. Bu dövrdə onun yanına yüksək çinli məmurlar gəlməyə başlayır. 80-ci illərin sonunda o, dünyanın bir çox siyasətçilərindən də məşhur insana çevrilir. O, təkcə insanların taleyindən deyil, həm də xalqların və böyük dövlətlərin aqibətindən danışırdı. Lüdmila Jivkovanın qəza keçirəcəyi xəbərini Vanqa hələ bir neçə il əvvəl bilirdi. Bütün mümkün olan və olmayan təhlükəsizlik tədbirlərinə baxmayaraq, taledən qaçmaq olmur: Lüdmila Jivkovanın onu müşayət edən avtomobil karvanı ilə hava limanına gedərkən qəzaya uğrayır. İki gün komada olan Lüdmila şəfaverici Vanqanın və dünyanın ən görkəmli həkimlərinin köməyi ilə ayağa dura bilir. Lakin taleyi aldatmaq olmur. İyul 1981-ci il Lyüdmila dünyasını dəyişir. Ərinin həyatını xilas edə bilməyən şəfaverici və görücü Vanqa ən yaxın rəfiqəsini də ölümün pəncəsindən ala bilmir. Vanqanın və Bolqariyanın kədərini sözlə ifadə etmək mümkün deyildi. Vanqa sonralar deyəcək: “Mənim sevdiyim adamlar tezliklə ölürlər…”


Femida.az

Açar sözlər: #Vanqa   #Məlumatlar   #Video   #femida   xəbərlər  

Oxunub: 3534