“Bir gün Qarabağda”


11:44     24 Dekabr 2018 2018/12/mugam-1_1545637670.jpg

Dekabrın 24-də Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda Beynəlxalq Muğam Mərkəzində məcburi köçkünlərin iştirakı ilə “Bir gün Qarabağda” adlı bədii-musiqili yaradıcılıq tədbiri təşkil edəcək.


Femida.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Qarabağın mədəni mühitinin tarixi ənənələrini və inkişaf istiqamətlərini nümayiş və təbliğ etmək, bu sahədə məcburi köçkünlərin yaradıcılıq imkanlarını artırmaq və stimullaşdırmaqdır.

Tədbirdə ərazisi işğal edilmiş rayonların nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı nəzərdə tutulur. Onlara bölgənin folklor və mətbəx mədəniyyəti nümunələri, məcburi köçkünlərin yaradıcılıq işləri təqdim olunacaq. Tədbir Qarabağ muğam məktəbi yetirmələrinin konserti ilə başa çatacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 980