Orxan Camalın qətlində erməni izi


12:05     24 Dekabr 2018 18_12_24_1545638926.jpg


Ukrayna Təhlükəsizlik Xidməti Mərkəzi Afrika Respublikasında Orxan Camal və daha iki rusiyalı jurnalisti qətlə yetirən Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin 10 muzdlusunun adını açıqlayıb.

Femida.az xəbər verir ki, onların arasında erməni də var. Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmi saytında yayılan məlumata əsasən, “Vaqner” döyüşçülərinin Mərkəzi Afrika Respublikasına Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsi (keçmiş QRU) tərəfindən cari ilin əvvəlində göndərilib. Muzdlu döyüşçülər “M-Finans” şirkətinin əməkdaşları kimi təqdim ediliblər.

Döyüşçülər yerli hərbi dəstələrə təlim keçib, həmçinin bölgədəki qiymətli daşların Rusiyaya məxfi tədarükünü təmin ediblər. Ümumilikdə MAR-a “M-Finans” şirkətinin tərkibində 37 nəfər göndərilib. Bunlardan 10-nun adı Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən müəyyən edilib.

10 şəxsin siyahısı belədir:

Zaliçev A.B. - 1984-cü il;

Qruzdenok R.V. - 1976-cı il;

Yudov S.M. - 1968-ci il;

Farafonov A.Y. - 1975-ci il;

Kirakosyan A.A. - 1976-cı il;

Sotov A.A. - 1976-cı il ;

Bubnov A. - 1971-ci il;

Vildyayev V.V. - 1977-ci il;

Minibayev İ.R. - 1988-ci il;

Zavadski S.Y. - 1975-ci il.

Femida.az

Açar sözlər:

Oxunub: 3608