Qəza törətdi, qayınanası öldü


12:54     24 Dekabr 2018 qeza%20yeni8.jpg

Bakıda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, dekabrın 23-də saat 14 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini Sübhan Məmmədov idarə etdiyi “NAZ Lifan” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 5 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan sürücünün qayınanası M.İsmayılova orada ölüb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 337