18 yaşlı tələbə qız üstündə bıçaqlanıbmış - FOTO + Təfərrüat


15:06     24 Dekabr 2018 18_12_24_1545650072.jpg


Xəbər verdiyimiz kimi, 18 yaşlı Rauf Murguzov aralarında yaranan mübahisə zamanı həmyaşıdı Elman Xəlilovu bıçaqlayaraq qətlə yetirib.

Qeyd edək ki, R.Murquzov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, E.Xəlilov isə Azərbaycan Texniki Universitetinin tələbəsi imiş.

Femida.az xəbər verir ki, bıçaqlanaraq qətlə yetirilən Elman Xəlilovun şəklini əldə edilib.

Həmin fotonu təqdim edirik:



Xatırladaq ki, Bakının Nərimanov rayonu Atatürk prospekti, ev 2a ünvanında Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin sakinləri - 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Murğuzov E.Xəlilovu bıçaqla qətlə yetirib. Hadisənin qız üstündə törədildiyi bildirilir.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 894