Bakıya 12 milyard manat investisiya qoyulub - Eldar Əzizov
16:27 24 Dekabr 2018
Son bir ildə Bakıya 12 milyard manat investisiya qoyulub.
Femida.az Report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Möhtəşəm quruculuq: dünən, bu gün, sabah" adlı konfransda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
O qeyd edib ki, 2005-ci ildən bu yana Bakıda sənaye istehsalı 4 dəfə artıb, Bakıda avtmobillərin sayı 2 dəfə artaraq 663 minə çatıb: "Prezident İlham Əliyevin apardığı işlər nəticəsində Bakıda sahibkarlıq inkişaf edir. 2005-ci ildə Bakıda 40-a yaxın hotel olubsa, hazırda bu rəqəm 4 dəfə artıb. Bakı keçmiş Sovet məkanında 5 ulduzlu hotellərin sayına görə ilk yerlərdə qərarlaşıb".
İcra başçısı bildirib ki, təkcə bu il Bakını 2 milyondan artıq turist ziyarət edib və proqnozlara görə bu rəqəm artacaq: "15 ildir Bakıda intensiv tikinti işləri aparılıb və bu gün də tikinti ilə bağlı müraciətlərin sayı artıb. Bu, Bakının inkişafından xəbər verir".
E.Əzizov vurğulayıb ki, beynəlxalq agentliklərin reytinqinə görə, turistlər üçün Bakı memarlıq abidələri ilə yadda qalan 5 şəhərdən biri hesab edilir:. Bu gün Bakıda salınan parklar böyük əraziləri əhatə edir, meqaparklar yaradılır. Paytaxtımız dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bakı öz tarixində heç zaman belə inkişaf görməyib. Bütün bunların əsasında İlham Əliyev fenomeni dayanır. Ölkəmiz və paytaxtı İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər əldə edəcək".
Femida.az
Oxunub: 394
Oxşar xəbərlər
- Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
- Bakıya gediş-gəliş nə vaxt açılacaq? - RƏSMİ CAVAB
- Bakıya giriş-çıxış yanvarın 25-dək bağlı olacaq
- Bakıya qar nə vaxt yağacaq? - Ekologiya Nazirliyi açıqlama verdi
- Bakıya yeni liftlər gətirilib
- Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirilib
- Bakıya 4 yeni metro qatarı gətirildi
- Bakıya 115 kiçiktutumlu avtobus gətiriləcək
- Bakıya girişlə bağlı DYP-dən sürücü və sərnişinlərə XƏBƏRDARLIQ
- Bakıya yeni 18 metrlik avtobuslar gətirildi