Qarabağ əlilləri və şəhid ailələrinə daha 200 mənzil verilməsinə başlandı - Fotolar

Qarabağ əlilləri və şəhid ailələrinə daha 200 mənzil verilməsinə başlandı - Fotolar


16:49     24 Dekabr 2018 2018/12/017_1545656154.jpg


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin yeni mənzillərlə təminatı işləri davam etdirilir. Femida.az xəbər verir ki, bu gün nazirlik tərəfindən Bakının Qaradağ rayonunda daha 200 mənzilin bu kateqoriyalardan olan vətəndaşlara təqdim olunmasına başlanılıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət bütün istiqamətlərdə Azərbaycana mühüm tarixi nailiyyətlər qazandırıb, respublikamızın sürətli sosial-iqtisadi inkişafına səbəb olub.

Cari ildə nəzərdə tutulduğundan əlavə olaraq minimum 300 mənzilin alınması üçün müvafiq vəsait ayrılıb və beləliklə, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzilin verilməsi təmin edilib. 2019-cu ildə isə azı 800 şəhid ailəsinin və Qarabağ müharibəsi əlillinin mənzillə təminatı həyata keçiriləcək.

Ümumilikdə bu gün şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi üçün digər istiqamətlərdə də işlərin aparıldığını qeyd edən nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti mühüm humanist təşəbbüsü kimi şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinin davam etdirildiyini və bu ödənişin şəhid ailələrinin rifahına mühüm dəstək olduğunu bildirib.



S.Babayev bu gün – cənab Prezidentin doğum günündə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 200 mənzilin təqdim olunmasının da həmin insanlara daha bir Prezident qayğısı, daha bir Prezident hədiyyəsi olduğunu vurğulayıb.

Yeni mənzillə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri daim onlara xüsusi diqqət və qayğı göstərən Prezident cənab İlham Əliyevə doğum günü münasibəti ilə təbriklərini və xoş arzularını ifadə ediblər. Onlar həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlərə, xüsusilə də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində onlara mənzillər hədiyyə edilməklə böyük fərəh hissi bəxş olunduğuna görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Sonra mənzillərin püşkatma yolu ilə paylanması həyata keçirilib.

Femida.az

Açar sözlər: #mənzil   #şəhid   #ailə   #Qarabağ   #nazir   #ƏƏSMN  

Oxunub: 441