Sahibkarların işi asanlaşdırılır


21:33     24 Dekabr 2018 2018/12/8A25EEFD-321F-42BA-9D15-A409CF44392C_1545673552.jpeg

Sahibkarlar idxal və ixracla bağlı gömrük rəsmiləşdirmələrini öz ofislərindən həyata keçirə biləcəklər.

Femida.az-ın məlumatına görə, bu açıqlama "Yaşıl Dəhliz" buraxılış sisteminin tətbiqi ilə bağlı Bakıda keçirilən forumda verilib.

Çıxış edənlər bildiriblər ki, "Yaşıl Dəhliz" sistemi gələn il fevralın 1-dən fəaliyyətə başlayacaq. Nəticədə sahibkarlar rəsmiləşdirilmələri gömrük məntəqələrində yox, öz ofislərində reallaşdıracaqlar. Məqsəd idxal-ixrac əməliyyatlarında şəffaflığı təmin etmək, məmur-vətəndaş münasibətlərini azaltmaq, vaxt məhdudiyyətini aradan qaldırmaq və logistik xidmətlərə çəkilən xərcləri 0-a endirməkdir.

"Yaşıl Dəhliz" sisteminin tətbiqindən sonra isə elektron növbə sisteminin işə salınacağı deyilib.

Jurnalistlərə açıqlama verən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Yeni il ərəfəsində sərhəd-keçid məntəqələrində sıxlığın yaranmaması üçün görülən tədbirlərdən də danışıb. Sədr bildirib ki, bununla bağlı olaraq həm komitənin, həm də Dövlət Sərhəd Xidmətinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçirilib. Səfər Mehdiyev sıxlığın yaranmaması üçün vətəndaşlara müraciət edib.
Forum müzakirələrlə davam edib.

Femida.az

Açar sözlər:

Oxunub: 454