Bir gündə üçüncü bıçaqlanma - Bu dəfə Gəncədə


22:58     24 Dekabr 2018 bicaq.jpg

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

Hadisə şəhərin "Gəj zavodu" adlanan ərazisinin yaxınlığında baş verib.

Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənov Elçin Ədalət oğlu hələ ki, bilinməyən səbəbdən bıçaqlanıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Cərrahiyə əməliyyatı olunan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, daha əvvəl Gəncədə ər arvadını bıçaqlayıb. (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 384