Hökumət binasına hücum zamanı ölənlərin sayı 43 nəfərə çatdı - Əfqanıstanda


09:15     25 Dekabr 2018 efqanista.jpg


Əfqanıstanın paytaxtı Kabildə hökumət binasına silahlı hücum nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

Bu barədə "Tolo News" telekanalı ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Vahid Madjruha istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı daha 10 nəfər yaralanıb. Qeyd edək ki, ölənlər və yaralananların əksəriyyəti mülki vətəndaşlardır. Onlar arasında habelə polis əməkdaşları da var.

Daha əvvəl hücum zamanı 29 nəfərin həlak olduğu, 23 nəfərin yaralandığı bildirilirdi. / Report

Femida.az

Açar sözlər: dünya   ƏFqanıstan  

Oxunub: 349