Meyiti samanlıqda gizlədilən qadının qətli ilə bağlı yeni fakt: Evdən məktub tapılıb (VİDEO)


11:01     25 Dekabr 2018 2018/12/meyit-morq_1545721420.jpg

İsmayllıda bir evin həyətində samanlığın altında qadın meyiti tapılıb. İlkin ehtimala görə, qadını həyat yoldaşı öldürüb. Polis əməkdaşları evdən qadının ölümü ilə bağlı yazılı vərəq tapdığını bildirib. Qətldə şübhəli bilinən kişinin yeri isə hələ ki müəyyənləşdirilməyib.



Femida.az Xəzər xəbərə istinadən xəbər verir ki, qadının meyiti evin həyətində samanlığın altında tapılıb.

Hadisə İsmayıllı rayonunda Gəraybəyli kəndində olub. Bakıda yaşayan 74 yaşlı Hacalı Axundov və həyat yoldaşı ƏzizəAxundova bir müddət əvvəl kənddəki evlərinə gəliblər. Onlardan xəbər ala bilməyən oğulları Asif Axundov narahat olub və kəndə gəlib. Həyətdə qan izləri görüb və samanlığın altından anası Əzizə Axundovanın meyitini tapıb. Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.

Hüquq mühafizə orqanları həyətə baxış keçiriblər. İlkin ehtimala görə, qadın həyat yoldaşı tərəfindən öldürülüb. Ancaq qonşuları cinayətin Hacalı Axundov tərəfindən törədildiyinə inanmırlar.

Polis əməkdaşlarının evdən qadının ölümü ilə bağlı məktub tapdıqları bildirilir. Qətldə şübhəli bilinən Hacalı Axundov isə hələ ki tapılmayıb. Hadisənin təfərrüatları araşdırılır.



Açar sözlər:

Oxunub: 2544