Bu qadınlar siyasi sferada uğur qazana bilməz - Bahar Muradovadan açıqlama


11:44     25 Dekabr 2018 20bahar6.jpg


"İqtisadi cəhətdən özünə arxayın olmayan qadın siyasi sferada uğur qazana bilməz".

Milli Məclisin sədr müavini Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin illik yekun iclasında çıxış edib.

Femida.az xəbər verir ki, İnsan Hüquqları Komissiyasının sədri olan vitse-spiker 2018-ci il ərzində komitə ilə birlikdə çoxsaylı tədbirlər keçdiklərini bildirib:

"Bu il ölkə olaraq bir sıra nailiyyətlər qazanmışıq. Bu nailiyyətlərin qazanılmasında qadınların da böyük rolu var. İqtisadi proseslərdə , milli mənəvi məsələlərdə qadınlar nə qədər iştirak edəcəksə, bu bir o qədər bizi vadar edəcək ki, bunun qanuni əsaslarını yaradaq. Bu gün qadınların cəmiyyətdə iştirakı 35 faizi keçirsə, bu böyük göstəricidir.

İqtisadi cəhətdən özünə arxayın olmayan qadın siyasi-sosial sferada da uğur qazana bilməz. Milli məclis olaraq biz da Ailə, qadın və uşaq Problemləri üzrə Dövlər Komitəsinə dəstək verməyə hazırıq".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #ailə   #qadın   #uşaq   #komitə   #Bahar_Muradova   #Milli_Məclis   #parlament  

Oxunub: 427