Nikahdankənar doğulan uşaqlara aliment necə verilməlidir? - QANUNDAN ÇIXARIŞ


11:47     25 Dekabr 2018 2018/12/153000310846959339_554x360_1545724139.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Cəmiyyəti ən çox narahat edən məsələlərdən biri də alimentin ödənilməsidir.


Bəzi şəxslər hesab edirlər ki,nikahdankənar doğulan uşaqlara aliment ödənilməməlidir. Amma bu doğru yanaşma deyil.

Qanuna görə, nikahdankənar dünyaya gələn uşağa da eyni şəkildə aliment ödənilməlidir. Amma bunun üçün əvvəlcə məhkəmə qaydasında atalıq faktı müəyyən edilməlidir.Bundan sonra aliment tələbi irəli sürülə bilər.
Yəni, qanunvericilik təkcə rəsmi nikahı olmuş qadınlara deyil, hətta vətəndaş nikahı ilə birgə yaşayış dövrü keçirilməsi halında da uşağa aliment kəsilməsini təmin edir. Atalıq müəyyən edilirsə, kişi ilə rəsmi nikahı olmayan qadına da körpəyə görə aliment ödənməsinə qərar verilir.

Əgər sizi də hüuqla bağlı maraqlandıran hər hansı bir sual varsa,https://www.facebook.com/femidaportali/ BURADAN bizə yazın.


Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #hüquq   #Femida   #Vəkil   #hüquqşünas   #yardım  

Oxunub: 1781