Banka saxta pul verən şəxs saxlanılıb


11:56     25 Dekabr 2018 saxta%20pullar.jpg

Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində saxta pul dəyişmək istəyən şəxs cinayət başında yaxalanıb.


​DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, dekabrın 24-də Yasamal rayonu ərazisindəki bankların birinin filialında 3 ədəd 100 manatlıq saxta əskinası dəyişmək istəyən şəxs orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

​27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Sübhan Əhədov olduğu müəyyən edilib. Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 368