İcazəsiz ova cəhd edənlər saxlanıldı


15:42     25 Dekabr 2018 qanunsuz%20ovcu.jpg

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları paytaxtın Qaradağ rayonunda keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 2 nəfəri saxlayıblar.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, araşdırma zamanı brakonyerlərin Qaradağ rayon sakini Ramil Məhəmmədeminov və Cəlilabad rayon sakini Tural Aslanov olduğu müəyyənləşib. Onlardan 2 ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və onlar ümumilikdə 2000 manat məbləğində cərimələnib.

Femida.az

Açar sözlər:

Oxunub: 438