AFFA “Qarabağ”ı cərimələdi


18:19     25 Dekabr 2018 18_12_25_1545741900.jpg

AFFA İntizam Komitəsinin 2018-ci il üçün son iclası baş tutub.


Femida.az xəbər verir ki, bu iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarındakı pozuntulara qiymət verilib.

“Sumqayıt” – “Neftçi” matçında dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün meydan sahibi klub 800 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Sumqayıt”ın dağıstanlı futbolçusu Arif Daşdəmirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klub daha 200 manat cərimələnib.


“Sabah” – “Qəbələ” matçında dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün Bakı klubu 800 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Sabah”ın paraqvaylı futbolçusu Erik Ramos ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klub daha 200 manat cərimə edilib.

“Keşlə” – “Qarabağ” matçında altı futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün Ağdam klubu 800 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klub daha 200 manat cərimə ödəməyə məhkum edilib.

Matç başa çatdıqdan sonra “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

Futzal üzrə Yüksək Liqa ilə də bağlı qərar çıxarılıb. Belə ki, “Liman” – “Yasamal” FK matçında iştirak etmədiyinə görə meydan sahibi kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

“Araz” – EKOL matçının 36-cı dəqiqəsində millimizin və Naxçıvan klubunun futzalçısı Xətai Bağırov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün dörd oyunluq cəzalanıb.

Açar sözlər:

Oxunub: 382