Prodüser Təranə Səmədovanın şikayəti əsasında məhkəmə başlayıb


17:21     25 Dekabr 2018 2018/10/terane-semedov_1540906893.jpg

Bu gün Bakı Bakı Apellyasiya Məhkəməsində iki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.


Bu barədə onun vəkili Janna Bağırova məlumat verib.

Onun sözlərin görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib: "Daha sonra məlum olub ki, cinayət işi materiallarında zərərçəkmiş qadınların hər ikisinin apellyasiya şikayətlərindəki imzalar eynidir. Bunu aydınlaşdırmaq üçün məhkəmə iclası dekabrın 27-dək təxirə salınıb".

Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum və zərərçəkmişlər apellyasiya şikayəti veriblər. "Report"

Açar sözlər:

Oxunub: 610